Xəbər verdiyimiz kimi fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Baş verən hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 16.02.2026-ci il tarixində saat 23:40 radələrində 1 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə təpə sümüyünün xətti sınığı, qapalı kəllə-beyin travması, beyinin əzilməsi, burunun sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 17.02.2026-cı il tarixində saat 08:00 radələrində şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.
Bizim Media, Aran bürosu































































































