Yasamal rayonu Zivər bəy Əhmədbəyov və Balababa Məcidov küçəsinin kəsişməsində yerləşən səki uzun müddətdir baxımsız haldadır. Hər gün yolu burdan düşən vətəndaşlar, xüsusilə, yaşlılar, uşaq arabası, əlil arabası ilə hərəkət edən insanlar çətinlik çəkirlər.
Piyadalar məcbur olub avtomobillərin hərəkət etdiyi yola çıxırlar ki, bu da həm özlərinin, həm də sürücülərin həyatına təhlükə yaradır. Uzun müddətdir davam edən problem qarlı, yağışlı günlərdə dözülməz həddə çatır. Asfalt olmadığı üçün səki palçıq olur, çuxurlar suyla dolur.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, əraziyə baxış keçiriləcək və problem aşkarlanarsa Rayon üzrə Tədbirlər Planına əlavə olunacaq.
Qurumdan, həmçinin, bu kimi məsələlərin həllinin növbə və cədvəl üzrə icra olunduğu vurğulanıb.
Daha ətraflı videosüjetdə:
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media































































































