Həbs olunan "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işində adı zərərçəkən kimi keçən iş adamı Xalid Kərimov barəsində xüsusi ittiham qaydasında məhkəmə araşdırması başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Tiktoker Benizin məhkəməsində şok etiraf: " Bütün bunları planlaşdırmışdıq öncədən”
Bizim.Media xəbər verir ki, iş adamı ilə bağlı məhkəmə araşdırmasının başlanılmasına səbəb, onun keçmiş vəkili Nüşabə Ağayevanın 147 və 148-ci ( böhtan, şərəf və ləyaqətin alçaldılması) maddələri ilə məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında olan iddia ərizəsidir.
Məhkəmə vəkilin ərizəsini qəbul edərək araşdırmaya başlayıb. Ərizənin istintaqı Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.
Qeyd edək ki, vəkilin iddiasına görə, o, tiktoker "Bəniz"in məhkəmə araşdırmaları zamanı işdə zərərçəkən kimi tanınan Xalid Kərimovun vəkili olub.
Bir müddət sonra müvəkkili ilə aralarında gərginlik yaranıb və bundan sonra Xalid Kərimov onunla bağlı bəzi şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatları sosial şəbəkələrdə paylaşıb. (oxu.az)
Bizim.Media

































































































