Ağdaşın 10 kəndi qazsız qalacaq

Ağdaşın 10 kəndi qazsız qalacaq

Hazırda oxunan: Ağdaşın 10 kəndi qazsız qalacaq

597024

Fevralın 19-da saat 10:00-dan etibarən Ağdaş rayonun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Qeyd olunur ki, buna səbəb Qaz İxrac İdarəsi tərəfindən Xaldan ölçü qovşağından qidalanan Xaldan əhali xəttində (Ağdaş rayonunun 10 kəndini təbii qazla təmin edən Qəribli QTM ölçü qovşağı Xaldan əhali xəttindən qidalanır) ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flyansların quraşdırılmasıdır.


Bildirilir ki, işlər yekunlaşanadək Ağdaş rayonunun Qəribli, Aşağı Nemətabad, Ərəbşəki, Eymur, Aşağı Qobuüstü, Qobuüstü, Ağcaqovaq, Hacılar, Yuxarı Nemətabad, Yenikənd kəndlərində 1137 əhali abonenti və 13 qeyri-əhali abonenti qaz təchizatının dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsinin bərpa olunacağı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO