Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Hazırda oxunan: Xocalıda minaya düşən şəxsin SON DURUMU

597013

İşğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü


Bizim.Media xəbər verir ki, Xankəndi Şəhər Mərkəzi Xəstəxanası və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, fevralın 18-də saat 10:30-da Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO