Həkimi aldadıb həbsə düşmüşdü - Atasını da oxşar ssenari ilə aldatdılar

Həkimi aldadıb həbsə düşmüşdü - Atasını da oxşar ssenari ilə aldatdılar

Hazırda oxunan: Həkimi aldadıb həbsə düşmüşdü - Atasını da oxşar ssenari ilə aldatdılar

596967

Bakıda təsadüfən tanış olduğu şəxsi aldadaraq 112 200 manat pulunu ələ keçirən şəxsə hökm oxunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Şahmal Babayev (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
 

Məlum olub ki, İstanbulda Atatürk Universitetinin Tibb fakültəsində təhsil almış Şahmal Bakıda metronun “20 Yanvar” stansiyasının yaxınlığında kafedə olarkən təsadüfən Fətalı adlı şəxslə tanış olub.


Belə ki, Şahmalın masasına gün işığı düşdüyündən Fətalı onu öz masasına dəvət edib. Söhbət əsnasında Şahmal Fətalının 1998-ci il təvəllüdlü oğlu Şəxsət Səfərovun dələduzluq cinayətinə görə həbs edildiyini öyrənib. Fətalıda pul olduğunu bilən Şahmal ona oğlunu azadlığa buraxdıracağını vəd edib. Bu məqsədlə hissə-hissə olmaqla həbsdəki gəncin atasından 112 200 manat alıb.

Lakin sonradan Şahmalın heç bir iş görmədiyi üzə çıxıb. Həmçinin həbsdə olan Şəxsət 98 600 manatını aldadaraq ələ keçirdiyi tanınmış həkim-uroloq Elza Binnətova ilə barışıb və dəymiş zərəri ödəyəcəyinə dair müqavilə imzalayıb. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəxsətə şərti cəza verilib və o, azadlığa buraxılıb.
 

Fətalı isə külli miqdarda pulunu ələ keçirmiş Şahmaldan polisə şikayət edib. Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb və Şahmal həbs edilib. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.


Şahmal Babayev ifadəsində bildirib ki, Şəxsətin atasının şikayəti ilə həbs edildikdən sonra onların tapşırığı ilə təcridxanada bir qrup şəxsin hücumuna məruz qalıb. O, 112 200 manat deyil, həmin məbləğin təxminən yarısı həcmində pul aldığını da iddia edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmala 7 il həbs cəzası verilib. Ona qarşı irəli sürülmüş mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 107 300 manatın tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO