“Cib müxalifətini özü yaradıb, vaxtı ilə...” – Razi Nurullayevdən Ramiz Mehdiyevə cavab

“Cib müxalifətini özü yaradıb, vaxtı ilə...” – Razi Nurullayevdən Ramiz Mehdiyevə cavab

Hazırda oxunan: “Cib müxalifətini özü yaradıb, vaxtı ilə...” – Razi Nurullayevdən Ramiz Mehdiyevə cavab

59696

“AMEA-nın Mətbuat xidmətinin adından yayılan bir sətrin altında Ramiz Mehdiyevin imzası var. Mətn onun dili ilə yazılıb və hər bir cümlə razılaşdırılıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gundem.az-a açıqlamasında deputat Razi Nurullayev deyib.

Millət vəkili ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının saytında yayımlanan və deputatları, müxalif düşərgəni hədəfə alan yazıya münasibət bildirib:

“Belə bir yazının yayımlanmasına çox təəssüf edirəm. Birincisi, dövlətin ən yüksək postunda 25 ilə yaxın o şəxs oturub. Bu müddətdə ona deyilən və ondan tələb olunanın 100 misli mənə və digər partiya üzvlərinə deyilib. Lakin bu gün o hələ də vəzifədədir, AMEA prezidenti, Təhlüksəizlik Şurasının üzvüdür. Cəmi bir ilə yaxındır ki, onunla bağlı ara-sıra tənqidi yazılar gedir, amma onun artıq bunu dözümü çatmır. 

Bəs, biz 20-25 il onun təsirlərinə, bizə olan təzyiqlərinə necə dözdük?  Təəssüf edirəm ki, bu gün Ramiz Mehdiyev Əli Kərimliyə, Əli Əliyevə və digər yaramaz müxalifətçilərə qoşulub “cib müxalifəti”, “avtobus müxalifəti” sözlərindən istifadə edir.

Bunu özünə yaraşdıran bir şəxs dövlətçi ola bilməz. Əgər Azərbaycanda “cib müxalifəti”, “avtobus müxalifəti” varsa və bunu həqarət hesab edirsə, səbəbkar özüdür.
Ramiz Mehdiyev vaxtı ilə özü bunu xalqına rəva görmüşdü, Əli Kərimlini o özü “avtobus müxalifəti”nə çevirmişdi.  Bu gün bir çoxları heç də “cib müxalifəti”, “avtobus müxalifəti” deyil. Bu gün Azərbaycanın bir çox siyasi partiya nümayəndələri, müxalifətçiləti Ramiz Mehdiyevin özündən də çox vətənpərvərdir, dövlətçidir. Ona görə mən onun yanaşmasını doğru hesab etmirəm”.

Millət vəkili dövlətin Ramiz Mehdiyevə pul ayırmamalı olduğunu da deyib:

“Mən deyə bilmərəm ki, Ramiz Mehdiyevin AMEA-ya gəlişindən sonra orada elm çoxalıb, ya azalıb. Orada maaşın azlığı, problemlər həmişə olub. Lakin Ramiz Mehdiyevin zamanında AMEA-da intriqalar çoxalıb.
Demək olar ki, AMEA indi intriqa yuvasına çevrilib. AMEA elm mərkəzinə çevrilməlidir, siyasi məsələlər elmin qarşısını almamalıdır. Elm adamının pulu olmalıdır, sosial güzəştləri olmalıdır. Ramiz Mehdiyev orada insanların əmək haqqının, güzəranın yaxşılaşdırılması üçün məsələlər qaldırmalı idi. Lakin  indiki vəziyyətə görə, dövlətin artıq pulu olsa da, onu AMEA-ya, Ramiz Mehdiyevə ayırmamalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO