Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Hazırda oxunan: Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

596954

Evin divarından bəlkə də aksessuar kimi asılmış, yaxud patriarxal təfəkkürün rəmzi kimi qəbul olunan ov tüfəngləri günün birində mütləq faciəvi tarix yazacaq. Əbəs yerə xalq arasında deyilmir:

“Divardan asılan tüfəng bir gün mütləq atəş açacaq”.

Bu bədii kəlam silahların diqqətsiz saxlanmasının qarşısını almağın vacibliyini göstərir, faciəni önləməyə çağırır.
 

Bu günlərdə Bakıda “İdrak” liseyində müəllimənin şagirdi tərəfindən ov tüfəngi ilə güllələnməsi, Quba rayonunda 15 yaşlı uşağın tüfənglə intihar etməsi cəmiyyəti silkələdi. Ötən il də elə fevral ayında Yardımlıda yeniyetmə oğlan özünü ov tüfəngi ilə  vurmuşdu. Nə qədər ki, rüsxətli də olsa, silahlar ortalıqda nəzarətsiz qalacaq belə faciəvi hadisələr də qaçılmaz olacaq.


Əlbəttə ki, hər bir cinayətin cəzası da var. Belə vəziyyətlərdə qanun nə deyir? Nəzarətsiz qalan silahla övlad cinayət torədərsə, valideyninə hansı cəza verilir?

Suala cavab olaraq hüququşünas Ramil Süleymanov Bizim.Media-ya bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 230-cu maddəsinə əsasən odlu silahı diqqətsiz saxladıqda və ondan istifadə nəticəsində ağır hadisələrə səbəb olduqda 2 ilə qədər islah işləri, 2 ilə qədər azadlığın məhdudlaşdırılması və 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilir.

“Əgər övlad bu cinayəti törədən zaman 14 yaşı tamam olubsa, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun şəkildə cəza veriləcək. Yox əgər 14 yaşdan aşağıdırsa, cinayəti törədən şəxsin tələb olunan yaş həddinə çatmaması səbəbindən işə xitam verilir və bunula bağlı onun valideyni və ya qanuni nümayəndəsi mülki məsuliyyət daşıyır”.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO