“Media haqqında” yeni qanun bizə nələri verəcək? – Deputatın ŞƏRHİ 

“Media haqqında” yeni qanun bizə nələri verəcək? – Deputatın ŞƏRHİ 

Hazırda oxunan: “Media haqqında” yeni qanun bizə nələri verəcək? – Deputatın ŞƏRHİ 

59690

“Qanun media sahəsində bütün münasibətləri tənzimləyir. Plagiatın qarşısını alır, müəyyən dərəcədə jurnalist hüquqlarının qorunması üçün standartları müəyyənləşdirir. Eyni zamanda, jurnalistlərin hansı imtiyazlar, hüquqlardan istifadəsinin bütün istiqamətlərini göstərir”.

Bu sözləri Bizim.Media ilə dialoq zamanı millət vəkili Fazil Mustafa bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Azərbaycan mediasından danışdı


O, əlavə edib ki, qanun yeni texnoloji şərtlərdə internet mediası ilə çap mediası arasında olan bütün istiqamətləri dəqiqləşdirir:

“Çünki texnologiya inkişaf etdikcə mediada da yeni bir üslub, variantlar ortaya çıxmağa başlayır və informasiyanın yayılmasının tamam fərqli mexanizmləri meydana gəlir. 5 il öncə kim düşünə bilər ki, “TikTok” çıxacaq? Ya da daha əvvəl kim deyə bilərdi ki, “Facebook” yaranacaq, yaxud sosial şəbəkə bu qədər aktiv olacaq? Bunların hamısı dəyişkən məsələlərdir. Qanun bunun bir qismini, əlçatan hissəsini tənzimləyir. Bütövlükdə jurnalistlərin xeyrinədir”.

Fazil Mustafanın fikrincə, Media haqqında qanun jurnalistlərin qeydiyyat məsələsini asanlaşdırdığı kimi, peşəkarlıq tələblərini də gücləndirir:

“Və hər kəs jurnalist peşəsini seçib ondan sui-istifadə etmək imkanına sahib olmur. Xeyli müsbət məqamlar var. Medianın tərəqqisinə xidmət edən bir addımdır”, - deyə deputat fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO