Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Manşet.az-a bir qrup usta və fəhlə müraciət edib.
Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.
“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, - deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib.
Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.
Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.
Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:12 / 17.02.2026
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Fotolar
Hazırda oxunan: Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Fotolar
Hazırda oxunan: Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Fotolar
596770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































