"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

Hazırda oxunan: "Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

596760

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı ərazidə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti davam edir.

Bu barədə informasiya Bizim.Media-ya FHN-dən verilib:

"Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO