Mikayıl Cabbarov özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

Mikayıl Cabbarov özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

596588

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.
 

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyinə verilib.


Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO