Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

Hazırda oxunan: Qonşu ölkələrdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycanda da ocaqlar AKTİVLƏŞİR?

596587

Bu ay ərzində qonşu ölkələrdə 5 bala yaxın zəlzələlər baş verib.

İranda və Türkiyədə 4,9 bal gücündə baş verən təbii fəlakət ölkəmizdə də mövzu ilə bağlı suallar yaradıb.

Maraqlıdır ki, sərhəd ölkələrdə baş verən yeraltı təkanlar ölkəmizdə də zəlzələ ocaqlarını aktivləşdirəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, həmin bölgələrdən keçən dərinlik tektonik qırılmalarla Azərbaycandakı dərinlik tektonik qırılmalar fərqli xarakterlidir:

“Həmin qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycandakı aktiv seysmik zonalara heç bir təsiri ola bilməz. Bu, seysmotektonik quruluş cəhətdən mümkün deyil. Həmin bölgələrdən keçən dərinlik tektonik qırılmalarla Azərbaycandakı dərinlik tektonik qırılmalar tamam başqa xarakterlidir.
 

O vaxt haradasa seysmik zəlzələ ocağını oyatmaq məsələsi olar ki, həmin güclü təkan məsafə etibarilə də yaxın olsun. Burada da enerji toplanması onu tezləşdirə bilər. Yəni, qısacası, digər ölkələrdə baş verən zəlzələlərin təsiri buradakı zəlzələ ocaqlarını oyada bilməz.


Azərbaycanda bir gündə 36-37 təkan olur və bunlar adətən zəif formada baş verir. Xırda təkanlar 3-4 bala qədər olur ki, bu da dağıdıcı təsirli hesab edilmir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO