2022-2028-ci illəri əhatə edən və gənclərin dünyanın qabaqcıl ali təhsil ocaqlarında oxumasını hədəfləyən dövlət proqramı üzrə növbəti mərhələ elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 2026-2027-ci akademik ili üçün sənədlərin qəbulu prosesinə 2026-cı il aprelin 15-dən etibarən start veriləcək.
Bildirilib ki, dövlət proqramı daxilində 2026-2027-ci tədris ilini əhatə edən bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə prioritet ixtisas sahələri və müvafiq xarici universitetlərin siyahısı 2026-cı il yanvarın 12-də ictimaiyyətə təqdim olunub. Namizədlərin proqrama müraciət edə bilməsi üçün əsas tələblərdən biri, məhz həmin təsdiqlənmiş siyahıdakı ali məktəblərdən müvafiq ixtisas və proqramlar üzrə rəsmi qəbul sənədinin alınmasıdır.
Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.
//drive.google.com/drive/folders/1ylNFSOmSJmGoj3qa0bO1AgteNJJxAQjX
Dövlət proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz:
Bakalavriat / Magistratura
//dp.edu.az/faq/
Doktorantura
//dp.edu.az/uploads/fileuploads/2025/08/1715512f051845178834ccda81b368fc.pdf
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 16.02.2026
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI
Hazırda oxunan: Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI
Hazırda oxunan: Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI
596495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































