“Xəzri” ödəniş sistemi adından DƏLƏDUZLUQ - “300 manat ver, 3 min manat kredit al”

“Xəzri” ödəniş sistemi adından DƏLƏDUZLUQ - “300 manat ver, 3 min manat kredit al”

Hazırda oxunan: “Xəzri” ödəniş sistemi adından DƏLƏDUZLUQ - “300 manat ver, 3 min manat kredit al”

59647

Bakıda yeni bir dələduzluq növü meydana çıxıb. Bir qrup şəxs kreditə məbləğ götürmək istəyən insanları aldadaraq pullarını mənimsəyirlər.

Bizim.Media xəbər verir ki, onlar insanları sözlə özlərinə inandırır və heç bir qanunsuz əmələ yola vermədən, “Xəzri” ödəniş sistemi adı ilə cinayət işləyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bank kartlarında SOYĞUNÇULUQ – Beynəlxalq və Kapital Bank necə qazanır?


Son zamanlarda çoxumuzun qarşısına “Yalnız şəxsiyyət vəsiqəsi ilə sizə bankdan kredit təşkil edirik” şəklində elanlar çıxır.

Bu bir qrup cinayətkar sadəcə bir nəfər zamin, sizin və sizə zamin duran şəxsin şəxsiyyət vəsiqəsinin ön və arxa şəklini tələb edirlər. Davamında “Xəzri pul köçürmə” sistemində zamininizin hesabına müəyyən məbləğfə pul köçürməyinizi xahiş edirlər. Əgər 3000 azn kredit götürmək istəyirsinizsə, zamininizin hesabına 300 azn köçürməyiniz yetərlidir.

İlk baxışdan, kredit götürmək istəyən şəxs prosesin təhlükəsiz və sadə olduğunu fikirləşir, çünki o məbləği birbaşa zaminin hesabına ödəyir. İnsanların məlumatsızlığından istifadə edən dələduzlar, “Xəzri” ödəniş sistemi yolu ilə onların pullarını fırıldaq yolu ilə mənimsəyirlər. 

Siz pulu zamininizin hesabına köçürdükdən sonra sizdən ödəniş çekini və 3 gün gözləməyinizi tələb edirlər.

Bildirirlər ki, 3 gün ərzində sizə Kapital Bankdan mesaj olaraq 6 rəqəmli kod gələcək və bu kodu bizə deməyiniz mütləqdir, daha sonra pulunuzu Kapital Bankdan çəkə bilərsiniz. Ən maraqlısı da odur ki, bu dələduzlar işlərində çox peşəkardır. Hətta 3000 azn kredit götürmək istəyən şəxsdən ilk növbədə 200 azn istəyirlər. Təcili borc axtaran adama belə bir tələb ideal görünür.

Dələduzlar əsl istəklərinə isə belə nail olurlar: Əldə etdikləri şəxsiyyət vəsiqəsi məlumatları və onlara müraciət edən şəxsə gələn 6 nömrəli koddan istifadə edərək həmin 300 manatı mənimsəyirlər. Onlar bu prosesi sosial media üzərindən icra edir, işlərini bitirdikdən sonra isə zərərçəkən şəxsi əngəlləyirlər. 

Məsələni informasiya texnologiyaları üzrə mütəxəssis, texnobloqer Fərid Pərdəşünasla aydınlaşdırmağa çalışdıq. Pərdəşünas bildirdi ki, əslində burada qeyri-adi bir şey yoxdur.

Sadəcə dələduzluğun başqa bir variantı- kiberdələduzluqdur:

“Sosial mühəndislik vasitəsi ilə, insanlarda saxta təəssüratlar yaradır və onların informasiya qıtlığından istifadə edərək, başqaları ilə bölüşməməli olduqları məlumatları əllərindən alırlar. Sadəcə vətəndaş bilməlidir ki, “Xəzri” ödəniş sistemi vasitəsi ilə pul göndərirsə, mütləq şəkildə kodlar, sms təsdiqlər zamin və onun arasında olmalı, məlumatlar üçüncü şəxslə paylaşılmamalıdır”.

İnsanların ehtiyac hissindən və məlumatsılığından istifadə edən belə kiberdələduzların sayı isə günbəgün artır. Bizim.Media olaraq, Kapital Bankın adından istifadə edən belə fırıldaqçılardan yazmışdıq.

Hüquq-mühafizə orqanları da bir neçə belə dəstənin ifşası ilə bağlı əməliyyatlar həyata keçirib ictimaiyyətə açıqlama verib. Amma görünür, kiberdələduzların da fantaziyası böyükdür, hər gün yeni “kreativ” ideyanın həyata keçirməkdə israrlıdırlar.


İndi haqqında yazdığımız “Xəzri” ödəniş sistemlərinin adından yararlanan bu dələduz dəstə haqqında da polisə müraciət olunub. Yaxınlarda onlar haqqında ölçü götürüləcək və ictimaiyyət məlumatlandırılacaq.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO