Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Bizim.Media manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.
Fotoda: Faiq Tağızadə

Fotoda: Etibar Mirzəyev

Fotoda: Orucəli Hacıyev

Bizim.Media





























































































