Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

Hazırda oxunan: Ötən il 22 erkən evliliyin qarşısı alınıb – RƏSMİ

596091

"Ötən il komitə tərəfindən erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb".

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, ötən il 81 uşaq təhsilə cəlb edilib:
 

"2025-ci il ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) xidmətlərindən bəhrələnənlərin sayı 29746 nəfər olub.


UADM əməkdaşları tərəfindən 1159 ailəyə səfər edilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub". (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO