71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

Hazırda oxunan: 71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

595934

41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmira Tağıyeva müdafiə çıxışı edib. Vəkil bildirib ki, müvəkkili heç bir əsaslı sübut olmadan dələduzluq və rəsmi sənədləri saxtalaşdırma kimi ağır cinayətlərdə təqsirləndirilir.

Esmira Tağıyeva müdafiəsini Nazim Xudaverdiyevə qarşı dəfələrlə cinayət işinin başlanmasından imtina edilməsi, qarşı tərəfin müxtəlif vaxtlarda ziddiyyətli ifadələr verməsi və digər faktlarla əsaslandırıb.
 

Vəkil bütün bu əsaların nəzərə alınaraq müvəkkilinə bəraət verilməsini istəyib. Təqsirləndirilən şəxs də son sözündə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərini əsaslı hesab edib.


Hökmə əsasən Nazim Xudaverdiyevə bəraət verilib. Həmçinin gələcəkdə təzminat tələb etmək hüququ izah edilib.

Qeyd edək ki, N.Xudaverdiyev həbsdə deyildi. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdi.

Bu cinayət işinin təfərrüatları barədə daha əvvəl “Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm” başlıqlı yazımızda geniş məlumat vermişdik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO