YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Hazırda oxunan: YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

595882

Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevlə bağlı bu yaxınlarda toplaşaraq qərarını verəcək.

Bizim.Media xəbər verir ki, bunu modern.az-a açıqlamasında deputat, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib.

O qeyd edib ki, hər şey istintaqın gedişindən aslıdır.

“Ramiz Mehdiyevin partiyadan uzaqlaşdırılması üçün mütləq inzibati orqanlar tərəfindən onun cinayətlərinin sübuta yetirildiyinə dair təqdimat olmalıdır. Bundan sonra Ramiz Mehdiyevin YAP-a, Veteranlar Şurasına üzvülüyü tamamilə ləğv edilməlidir”.

O qeyd edib ki, uzun müddət yüksək vəzifələrdə işləyən adamın belə əməllərə yol verməsi bağışlanmaz səhvdir.

“Sözsüz ki, təhlükəsizlik orqanlarının əlindəki faktlara baxdıqda görürük ki, Ramiz Mehdiyevin YAP sıralarında qalması mümkünsüzdür. Yeni Azərbaycan Partiyası bununla bağlı öz qərarını yaxın günlərdə verəcək”, - deyə deputat qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO