Ötən il vətəndaşların 99 faizi

Ötən il vətəndaşların 99 faizi "ASAN xidmət"dən razı qalıb

Hazırda oxunan: Ötən il vətəndaşların 99 faizi "ASAN xidmət"dən razı qalıb

59587

"Azərbaycanda “ASAN xidmət" fəaliyyət göstərdiyi 9 ildə təxminən 50 milyona yaxın vətəndaşa müxtəlif sahələrdə xidmətlər göstərib. Əgər 2013-cü ildə ölkə üzrə faktiki əhatə 45% təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 95%-ə qədər qaldırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu məlumatı Gəncədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK


Ü.Mehdiyev əlavə edib ki, hazırda Azərbaycan üzrə 22 mərkəz, 3 kommunal mərkəz, 1 qatar, 10 səyyar avtobus vətəndaşlara xidmət göstərir.

Ötən il "ASAN xidmət" vasitəsilə 11-i dövlət orqanı olmaqla 140 xidmət, 33-ü özəl təşkilat olmaqla 180 xidmət, ümumilikdə 320 xidmət göstərilib.

Onun sözlərinə görə, 2021-ci ildə "E-gov" elektron tətbiqi ilə  37 dövlət orqanı olmaqla 438 xidmət, "My-gov" elektron tətbiqi ilə 18 dövlət orqanı olmaqla 77 xidmət göstərilib.

Hesabat ilində ABAD tətbiqi ilə 30 xidmət göstərilib. 2021-ci ildə ümumilikdə "ASAN xidmət" vasitəsilə 880 xidmət həyata keçirilib:

“2021-ci ildə müraciətlərin xidmətlər üzrə bölgüsünə nəzər salanda ilk üçlükdə şəxsiyyət vəsiqəsi - 2.083.683, notariat xidmət – 995.926 və VVADQ – 658.535 gəlir. Bu müddətdə ümumi müraciətçilərin 56%-nın rəyi toplanılıb. Çox sevindirici haldır ki, rəyi soruşulan 4. 480 018 nəfər arasında məmnunluq faizi  99,5% təşkil edir”, - Ülvi Mehdiyev əlavə edib.

Sədr bildirib ki, ötən il ərzində müraciətlərin sayında 40% artım müşahidə olunub. Bu müddətdə əsaslı şikayətlər 10%, nöqsan halları isə 9% azalıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO