Azərbaycana gələn turistlərin sayında AZALMA – Nə baş verir?

Azərbaycana gələn turistlərin sayında AZALMA – Nə baş verir?

Hazırda oxunan: Azərbaycana gələn turistlərin sayında AZALMA – Nə baş verir?

595709

Ötən il ölkəmizə gələn turistlərin sayında azalma müşahidə edilib. Belə ki, 2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 

Hazırda ölkəmizdə turizmin qış turizm dövrüdür. Yalnız yay deyil, qış turizmi dönəmində də ölkəyə turistlərin cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu səbəblə də bəzi regionlarımızda geniş imkanlar yaradılıb.


Maraqlıdır ki, hazırda qış turizmi ilə bağlı ölkəyə səfər edənlərin sayında çoxluq müşahidə edilirmi? Turizm mərkəzlərində qiymətlər necə dəyişir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, göstəricilər qaneedici səviyyədə deyil:

“Hazırda qış turizmində 1 ayı geridə qoymuşuq. Görünən odur ki, keçən illə müqayisədə ciddi bir dəyişiklik yoxdur. Əslində Azərbaycanda yanvar-fevral ayı neçə illərdir ki, turizm mövsümündə aktiv dövr hesab olunmur.
 

Bununla belə, Şahdağ və Tufandağda yaradılan şərait buna imkan verir ki, qış turizmini sevən şəxslər bu imkanlardan istifadə edə bilsinlər. Lakin yenə də turistlərin sayı elə də çox deyil. Azərbaycan bazarı COVİD-19-dan sonra bərpa dövrünü yaşayır. Hələ ki göstəricilərimiz qaneedici səviyyədə deyil.


Ötən ildən turistlərin sayında 2 faiz azalma olub. Turizm bazarındakı durğunluq qiymətlərin dinamikasına da öz təsirini göstərir. Bu durğunluğun fonunda ciddi dəyişiklik yoxdur. Təxminən ötən ilki ilə eyni qiymətlərə xidmətlər təklif olunur”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO