ASAN-ın işini “çətinləşdirən” səbəblər hansılardır? – Ülvi Mehdiyevdən özəl AÇIQLAMA

ASAN-ın işini “çətinləşdirən” səbəblər hansılardır? – Ülvi Mehdiyevdən özəl AÇIQLAMA

Hazırda oxunan: ASAN-ın işini “çətinləşdirən” səbəblər hansılardır? – Ülvi Mehdiyevdən özəl AÇIQLAMA

59568

“Vətəndaş axınının çoxluğu və ASAN xidmət infrastrukturunun məhdudluğu bəzi çətinliklərə səbəb olurdu”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O, ASAN xidmətin fəaliyyətində çətinliklərə səbəb olan məqamları diqqətə çatdırıb:

“Bu xüsusən iri şəhərlərimizdə - Bakı, Sumqayıt və Gəncədə hiss olunurdu. Ona görə də Cənab Prezident dərhal bu məsələyə reaksiya verərək, Gəncədə ikinci ASAN xidmət mərkəzinin açılması ilə bağlı tapşırıq verdi. Bu gün artıq ilk gündür amma görürsünüz ki, müraciət edən vətəndaşların sayı çoxdur. Eyni zamanda Bakıda, Sumqayıtda daha bir ASAN xidmət mərkəz istifadəyə veriləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK


Ülvi Mehdiyev vətəndaşların növbə zamanı üzləşdiyi problemləri dilə gətirərək, onlara şad xəbər verib:

“Bizim vətəndaşlara çətin olan bir məsələ də növbədə səbrsiz olmaqlarıdır. ASAN xidmətin olmadığı zamanlara baxanda, indiki növbələri gözləmək heç də çətin deyil. Amma vətəndaşlarımız komfortlu xidmətə artıq öyrəşiblər. Bu şəraiti yaratmaq, təmin etmək də bizim borcumuzdur. ASAN-ın işini çətinləşdirən əsas məqamlardan biri olan vətəndaş axını daha effektiv idarə olunacaq və növbələr aradan qaldırılacaq”.

Bəzən vətəndaşlar ASAN-da olarkən sənəd problemləri yaşayırlar. Lazımi sənədi gətirməyi yaddan çıxarır və ya onu düzgün şəkildə təqdim etmirlər. Lakin sədr bu problemin həlli yolunda da işlər aparıldığını bildirib:

“Digər çətin məqam isə vətəndaşın sənədləri hansısa yerdən deyil, elektron şəkildə əldə etmək istəyidir. Dövlət qurumlarının tələb etdiyi sənədləri elektron şəkildə olmağını istəyirlər. Bu sahədə də aidiyyəti qurumlarla çox ciddi işlər görürük amma vaxt aparan məsələdir. Bu problem də vətəndaşlar üçün asanlaşacaq”.

Ülvi Mehdiyev vətəndaşları problem gördükdə biganə qalmamağa səsləyərək, çətinlik yaradacaq məslələrdə onların dəstəyini vacib dəyərləndirib:

“Digər məsələ isə vətəndaşlarımızın özləri ilə bağlıdır. Çox istərdik ki, vətəndaşlarımız bizə dəstək olsunlar. ASAN-la bağlı gördüyü hər bir nöqsanı, problemi, şikayəti dərhal bizə çatdırsınlar onlara biganə yanaşmasınlar. Çünki biz öz nöqsanlarımız üzərində işləməklə inkişaf edə, təkmilləşə bilərik.

Onu da qeyd edim ki, ASAN xidmət 8 xidmət üzrə vətəndaşların şikayətlərini qeydə alır. Bura aiddir: 109 Çağrı mərkəzi, sosial media hesabları, ASAN-da olan təklif-şikayət jurnalı, videoköşk, qaynar xətt, rəy sorğuları və digərləri. Vətəndaşlar qeyd etdiyim ünvanlara öz şikayətlərini, müraciətlərini rahatlıqla edə bilərlər”.

Məqsəd Rəhimov, Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO