Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

Hazırda oxunan: Məktəblərlə bağlı YENİ LAYİHƏ – Pulu haradan və necə qazanacaqlar?

595661

Bir müddət əvvəl Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacib olduğunu qeyd etmişdi.

O zaman bu fikirlər birmənalı qarşılanmamışdı. Çünki bir çox insanlar hesab edir ki, məktəb təhsillə, təlim-tərbiyə ilə məşğul olmalıdır. Pul qazanmaq məktəbin qayğısı olmamalıdır.

Amma bütün rəylərə rəğmən Azərbaycanda bu proses başladı. Artıq paytaxtın Emin Əliyev adına 234 nömrəli, Elşad Yəhyayev adına 56 nömrəli və Polad Salayev adına 159 nömrəli tam orta ümumtəhsil məktəbləri publik hüquqi şəxsə çevrilib.

Bəs publik hüquqi şəxs olan məktəblər vəsaiti haradan və necə qazana biləcək?

Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya bildirib ki, bu dünyanın müxtəlif ölkələrində tətbiq edilən bir sistemdir:

“Azərbaycanda ilkin olaraq universitetlər publik hüquqi şəxs kimi fəaliyyətə başladı. İndi isə orta məktəblərdə bu layihənin icrasına başlanılıb. Hesab edirəm ki, bu məsələdə prosesin gedişatından çox şey asılıdır.  Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Yəni, bunun bir qaydası, ciddi bir mexanizmi hazırlanmalıdır.
 

Hesab edirəm ki, yeni addımlar bir neçə istiqamətdə atıla bilər. Məktəblər müxtəlif qrant layihələrində iştirak edə bilərlər. Bu hesaba da müəyyən vəsait əldə edə bilərlər. Hətta müəyyən ianələrin qəbulu da ola bilər.


Amma bu məsələdə çox ciddi olmalıyıq. Bunun ciddi bir mexanizmi olmalıdır ki, sonradan hansısa bir problem yaşanmasın. Ciddi mexanizm, şəffaflıq olmadığı təqdirdə  yaxşı nəticələr əldə oluna bilməz. Əks-təqdirdə bu layihə sui-istifadə alətinə çevrilə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO