Artıq ikinci gündür ki, Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgənin əksər rayonlarında fasilələrlə yağış, yüksək dağlıq ərazilərə isə qar yağıb.
Beləcə, temparatur əvvəlki günlərə nisbətən 5-8 dərəcə aşağı enib. Gecə saatlarında bölgənin dağlıq ərazilərində mənfi 4-6, səhər saatlarında isə havanın temperaturu mənfi 3 dərəcə təşkil edib.
Səhər saatlarından başlayaraq dağətəyi yaşayış məntəqələrinə fasilə ilə qar yağır ki, bu da 2-3 sm arasında dəyişir.
Bölgənin kənd, eləcə də magistral yollarından nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət yoxdur.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu































































































