Azərbaycanda Boz ay bu tarixdə başlayır

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Hazırda oxunan: Azərbaycanda Boz ay bu tarixdə başlayır

595624

Azərbaycanda fevralın 21-dən Boz Ay başlayır.

Bizim.Media xəbər verir ki, xalq təqviminə görə, Boz Ay qış fəslinin son ayı hesab olunur və fevralın 21-dən martın 21-nə qədər davam edir. Bu dövr qışdan yazın keçidini göstərir və havaların dəyişkənliyi ilə seçilir.
 

Boz Ay xalq arasında həm “Ala çillə”, “Alaçalpo”, “Yazağzı”, həm də “Ağlar-gülər ayı” adları ilə tanınır. Ənənəyə görə, havalar tez-tez dəyişir, bir gün isti, səhəri isə soyuq olur. Xalq arasında deyilir: “Boz ay bozara-bozara keçər”.


Boz Ayın dörd çərşənbəsi - Su, Od, Yel və Torpaq çərşənbələri - Novruz bayramının gəlişini müjdələyir. Bu dövrdə el mərasimləri, kənd təsərrüfatı işləri və yazın gəlişi ilə bağlı ənənələr davam edir.

Xalq təqviminə əsasən, qış fəsli üç mərhələdən ibarətdir:

Böyük Çillə - dekabrın 22-dən yanvarın 30-dək (40 gün)

Kiçik Çillə - yanvarın 31-dən fevralın 20-dək (20 gün)

Boz Ay - fevralın 21-dən martın 21-dək (30 gün)

Beləliklə, Boz Ay qışın son sərt ayı və yazın ilk xəbərçisi hesab olunur. (metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO