Universitetlərdə tətilin 10 gün uzadılması ilə bağlı Rəsmi AÇIQLAMA

Universitetlərdə tətilin 10 gün uzadılması ilə bağlı Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Universitetlərdə tətilin 10 gün uzadılması ilə bağlı Rəsmi AÇIQLAMA

59547

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin 10 gün uzadılması təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Deputat koronavirusun "Omikron" ştammına kütləvi yoluxmanın pik həddə çatdığını və az vaxtda çoxlu sayda insanların yoluxduğunu əsas gətirərək, lokal qapanmaları effektiv hesab edib.

Musa Quliyev bildirib ki, ali məktəblərdə qış tətili müddətinin 7-10 gün uzadılmasını, yaz sesiyasının dərslərinin fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilməsi təklifini irəli sürüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qırmızı diplom heç bir üstünlük təmin etmir” –  İqtisad Universitetinin rektoru


Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında universitetlərdə tətil müddətinin uzadılması məsələsinin müzakirə edilmədiyini qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO