Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Hazırda oxunan: Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

595328

“Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ


Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir:

“Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur.
 

“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.


Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq”, - deyə Vüqar Bayramov bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO