Bu pensiyaçılar 200 manat ala bilməyəcəklər - SƏBƏB

Bu pensiyaçılar 200 manat ala bilməyəcəklər - SƏBƏB

Hazırda oxunan: Bu pensiyaçılar 200 manat ala bilməyəcəklər - SƏBƏB

59528

Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.

Bizim.Media  Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək.

"O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək.

Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq”, - deyə M.Quliyev bidirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO