Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Hazırda oxunan: Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

595262

Qəhvəyi mərmər bağacığı təsərrüfatların qəniminə çevrilir.

Müsbət 18 dərəcədə aktivləşən, meyvə və bitkilərin qəniminə çevrilən bağacıq Qax rayonunun kəndlərinə də sirayət edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən bağacıqlar Qaxın 18 kəndinə sirayətlənib.

Hazırda qışlama dövrünü yaşayan bağacıqların aşkarlanması və mexaniki üsulla məhv edilməsi istiqamətində davamlı iş aparılır.

Ötən ilin sentyabrın üçüncü ongünlüyü, oktyabrın əvvəllərindən etibarən havanın temperaturunun 15 dərəcədən aşağı düşməsi nəticəsində rayon ərazisində qəhvəyi mərmər bağacıqlarının qışlama yerlərinə miqrasiyası müşahidə edilib. Bağacıqlar əsasən evlərin çardaqları, həyətlərdəki yardımçı tikililərdə daha sıx məskunlaşırlar.


Rayon Aqrar İnkişaf Mərkəzi, yerli icra və bələdiyyə orqanlarının əməkdaşları sirayətlənmə müşahidə edilən hər bir kənddə ev-ev gəzərək sakinlərin evinə baxış keçirirlər. Müşahidələr göstərir ki, bağacıqlar əsasən evlərin çardaqlarında qışlayır.

Kənd sakini Vaqif Əliyev bildirir ki, ötən payız Marsan kəndində mülayim və normadan isti keçdiyindən bağacıqlar hədsiz aktivləşib və artıb. Havalar soyuyan kimi isə onlar evlərin çardaqlarına, yardımçı tikililərdəki isti yerlərə sığınıblar.

Digər sakinlər də bu fikirləri təsdiq edir və deyirlər ki, hər bir evə fərdi baxış keçirilir və bağacıqların mexaniki üsulla məhvi istiqamətində iş aparılır.


Lakin kənddə elə evlər var ki, qapısı bağlıdır, sahibləri başqa yerdə yaşayır. Müşahidələr göstərir ki, belə evlərdə bağacıqlar daha çox məskunlaşır. 

Zərərvericinin qışlama yerlərinin monitorinqlərinin davam etdiyini bildirən Qax Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aqranomu Həsən Məmmədhəsənov Bizim.Media-ya bildirib ki, sakinlərlə mütəmadi maarifləndirmə işi aparılır, bağacıqların daha çox mexaniki üsulla məhv edilməsi tövsiyyə edilir. 


Mütəxəssisin bağacıqlarla bağlı ilkin məlumatları həyəcanvericidir:


“Bu karantin zərərvericisi kənd təsərrüfatı bitkilərinə ciddi şəkildə ziyan vurur. 300 dən çox bitki növü ilə qidalanır. Mart ayında hava temperaturunun istiləşməsi ilə əlaqədar fəaliyyətə başlayırlar, 25-30 ədəd olmaqla 250-300 qədər yumurta qoyurlar”. Aqranom hazırda Qax rayon ərazisində sirayətlənmə alınan kəndlərdə və sirayətlənmənin yüksək olduğu kəndlərdə xüsusən də bitki mühafizə əməkdaşlarının kimyəvi və mexaniki tədbirləri davam etdirdiyini diqqətə çatdırıb. “Bugünə kimi Güllük, Tasmalı, Qorağan, Zəyəm kəndlərində bizim mexaniki, kimyəvi və digər mübarizə üsullarımız həyata keçirilib” deyən müsahibimiz onu da əlavə edir ki, sakinlər ferval və mart aylarında bağacıqlara qarşı səylə mübarizə aparsalar onların sayını ciddi surətdə azalda bilər.

Qeyd edək ki, Mərkəzin mütəxəssislərinin və yerli icra nümayəndələrinin iştirakı ilə aparılan monitorinq və maarifləndirmə tədbirləri rayonun bütün kəndlərini əhatə edir və əhaliyə təhlükəli zərərverici ilə qışlama dövründə mexaniki yolla mübarizə aparılmasının vacibliyi izah edilir.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO