Qusar məktəbində polislərlə şagirdlər arasında SƏMİMİ SÖHBƏT - FOTO

Qusar məktəbində polislərlə şagirdlər arasında SƏMİMİ SÖHBƏT - FOTO

Hazırda oxunan: Qusar məktəbində polislərlə şagirdlər arasında SƏMİMİ SÖHBƏT - FOTO

59520

Bu gün şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbdə Qusar polis şöbəsinin "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbirdə məktəbin şagirdləri rayon polis şöbəsinin rəisi Eldar İlyasovu sual yağışına tutublar.

Bizim.Media xəbər verir ki. iştirakçılara 44 ildir bu sahədə işlədiyini deyən Eldar İlyasov narkomaniyanın insan orqanizminə zərərli təsirindən ətraflı danışaraq onları bu pis vərdişdən uzaq olmağa çağırıb. Rəisin səmimiyyəti uşaqlara da təsir edib.

Onlar "narkotikaya meyllilik varlı ailələrdə çox olur, yoxsa yoxsul ailələrdə?”, "Qusarda şagirdlər arasında narkomaniyaya meyl edənlər varmı?" ,"Rayonda qadınlar arasında narkotik maddə satan və ya çəkən varmı?" kimi suallarla polis rəisinə müraciət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

DİN ictimai nəqliyyata nəzarəti mülki polislərlə GÜCLƏNDİRDİ - FOTO


Eldar İlyasov da öz növbəsində onlarla bir vətəndaş kimi söhbətləşərək suallara geniş cavab verib. Bildirib ki, narkotik asılılığı ailənin yoxsul və ya varlı olmasından asılı olmur:

“Meylliliyə  bütün ailələrdə rast gəlinir. Düzdür, hər cür imkanı olan varlı ailənin uşağı bəzən buna aludə olur, amma, bu, kütləvi hal  deyil. Ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir məktəbli bu pis vərdişə yox deməlidir”.

Qusarın polis rəisinin şagirdin “qadınların bu zərərli  vərdişə meylli olub-olmaması ilə bağlı” verdiyi suala cavabı diqqət çəkib:

"Qusarda  narkotik satan qadın olmasa da təəssüf ki, istifadə edən qadınlar var".

Rəisin  məktəblilərin "rayonda şagirdlər arasında narkotik çəkən varmı?" sualına cavabı isə hamının ürəyincə olub.

Bildirilib ki, Qusarda şagirdlər arasında bu sahəyə meyllilik halı yoxdur:

“Amma arxayın da olmaq olmaz. "Ağ ölüm" yayanlar hər an və hər yerdə peyda ola bilərlər, belə şübhəli insanlardan uzaq olmaq lazımdır”.

Təhsil ocağında keçirilən tədbirdə şagirdlərə erkən nikahın zərərləri barədə də ətraflı məlumat verilib.

Qusar şəhər şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin direktoru Arif Xəlilovun belə tədbirlərin şagirdləri insan həyatı üçün qorxulu olan pis hallara qarşı  maarifləndirməkdə xüsusi önəm daşıdığını deyib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya tədbirlə bağlı fotolar təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO