Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü - Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib.
Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:03 / 09.02.2026
Narkotik təsiri altında avtomobil idarə edirmişlər – POLİS TUTDU – FOTO/VİDEO
Hazırda oxunan: Narkotik təsiri altında avtomobil idarə edirmişlər – POLİS TUTDU – FOTO/VİDEO
Hazırda oxunan: Narkotik təsiri altında avtomobil idarə edirmişlər – POLİS TUTDU – FOTO/VİDEO
595172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































