İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Hazırda oxunan: İsmayıllıda oteldə YANĞIN OLDU

595001

İsmayıllıda oteldə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Diyallı-Talıstan dağları arasında yerləşən Qızılqaya istirahət mərkəzində qeydə alınıb.

Yanğın ümumi sahəsi 500 kv metr olan otelin istirahət güşəsində - sauna və basseyn hissəsində başlayıb. Nəticədə həmin ərazinin 100 kv metr hissəsi yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmadığı bildirilib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO