Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Hazırda oxunan: Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

594947

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında paytaxtda fəaliyyət göstərən Beynəlxalq Avtovağzal Kompleksi-Dərnəgül istiqamətində hərəkət edən, “BakuBus”a məxsus 2 nömrəli marşrut avtobusunda qeyri-adi vəziyyət yaşanıb. Avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə mərsiyə səsləndirib.

Avtobusa minən sərnişinlər tərəfindən aydın şəkildə eşidilən dini məzmunun səsləndirilməsi müzakirələrə səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Paytaxt avtobusunda qeyri-adi ADDIM – “BakuBus”un sürücüsü mərsiyə SƏSLƏNDİRDİ – VİDEO


Məsələ ilə bağlı “BakuBus” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal sürücünün qəsdən sərnişinlərə hər hansı audio-məzmun dinlətmək istəyindən deyil, tamamilə idarəolunmaz nasazlıqdan qaynaqlanıb:

“Sürücünün mobil telefonunda tətbiqdə yaranmış proqram xətası (donma) nəticəsində səsli fayl işə düşüb və dayandırılması funksiyası müvəqqəti olaraq sıradan çıxıb. Sürücü hərəkət intensivliyini və sərnişinlərin təhlükəsizliyini rəhbər tutaraq, sükan arxasında diqqətini telefona deyil, birbaşa yol hərəkəti təhlükəsizliyinə yönəldib.
 

Bu səbəbdən tətbiqin fəaliyyəti yalnız avtobus dayandıqdan sonra tam dayandırılıb. Bəzi yanlış anlaşılmaları aradan qaldırmaq üçün xüsusi olaraq vurğulayırıq. Avtobuslarımızın daxili səs sistemi yalnız dayanacaqların elan edilməsi üçün proqramlaşdırılıb.


Sürücünün şəxsi cihazının avtobusun səs sisteminə inteqrasiyası texniki olaraq mümkün deyil”, - deyə qurumdan bildirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO