“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

Hazırda oxunan: “İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

594937

Xəbər verildiyi kimi Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. Liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Ötən gün “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın son durumu açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Şəhla Kamilovanın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, ötən gün “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO