Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Sözügedən faktlar Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:28 / 06.02.2026
Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB
Hazırda oxunan: Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB
Hazırda oxunan: Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB
594880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































