Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Hazırda oxunan: Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

594874

Masallı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Dadva küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil 1947-ci il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan Qardaş Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilsə də, aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Digər
sürücünün müalicəsi isə xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Qardaş Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP Masallı Rayon Təşkilatının, rayon Ağsaqqallar Şurasının və təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO