Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Hazırda oxunan: Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

594866

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media AAYDA İdarə Heyətinin sədri təyin edilən V. Nəsirlinin dosyesini təqdim edir:

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Hazırkı vəzifəsinə qədər o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Evlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO