Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Hazırda oxunan: Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

594779

Bakıda, "İdrak" liseyində şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə tənəffüs vaxtı baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Baş Prokurorluq da Bakıda liseydə şagirdin müəlliməni güllələməsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO