"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

Hazırda oxunan: "Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

594696

Bakıda "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovun sahibi olduğu "İdeal" MTK tərəfindən inşa olunmuş binada 500-ə yaxın ailə ciddi problemlərlə üz-üzə qalıb.

Bizim.Media xəbər verir ki, sakinlər həm əsassız ödənişlərin yığılmasından, həm də mənzil-kommunal istismar sahəsinin rəhbərliyi tərəfindən hədələnmələrindən şikayətçidirlər.
 

Paytaxtın mərkəzi hissəsində yerləşən bu yaşayış kompleksində liftlərin tez-tez xarab olması, təmizlik işlərinin görülməməsi və binanın texniki vəziyyətinin acınacaqlı halda qalması narazılığı pik həddə çatdırıb.


Şikayətçilər deyir ki, hər ay xidmət haqqı adı altında vəsait ödəsələr də, qarşılığında heç bir xidmət görmürlər. Hətta, haqqını tələb edənlər isə birbaşa təzyiq və mənzillərinin işığının kəsilməsi kimi təhdidlərlə susdurulmağa çalışılır. Belə sakinlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, prodüser Arzu Qulamovdur.

O, 1992-ci ildən televiziyada fəaliyyət göstərməyə başlayıb. Bu illər ərzində videomühəndisdən tutmuş quruluşçu rejissor və kino və televiziya prodüserinədək yüksəlib. Rejissor məşhur "Kuklalar" satirik layihəsinin Azərbaycan versiyasının quruluşçu rejissoru olub.
 

2003-2005-ci illərdə "LİDER" müstəqil televiziya və Radio Şirkəti ilə əməkdaşlıq edib. 2005-ci ildə Bakıda keçirilən Beynəlxalq Caz Festivalı televiziya verilişinə quruluş verib. 2005-ci ildə "Mir" MTR-də kreativ direktor vəzifəsinə dəvət olunub. 2006-cı ildə Avrasiya Televiziya və Radio Akademiyası inkişafı üzrə direktorun müşaviri vəzifəsində çalışıb.


2008-ci ildən yenidən Bakıya qayıtmış və müstəqil prodüser və rejissor kimi işə başlayıb. Bu müddət ərzində Azərbaycan idmançıları haqqında silsilə sənədli filmlər çəkməyə başlayıb.

Milli Olimpiya Komitəsinin sifarişi ilə cüdo üzrə olimpiya çempionu Nazim Hüseynova həsr olunmuş “İlk qızıl” filmini çəkib. Bundan başqa, “ECAZKARLAR" ("Sehrbazlar") şousunun, "Tək olanda qorxma"nın (25 seriya,"SPACE TV") icraçı prodüseri olub.



Tanınmış prodüser demokrat.az-a müraciətində bildirib ki, onun mənzilinə verilən elektrik enerjisinin verilişi binanın komendatı tərəfindən qanunsuz olaraq kəsilib, ondan heç bir sənəd-müqavilə imzalanmadan "işıqpulu" tələb olunub. 
 

Sözügedən şikayətlə bağlı "Azərişıq" ASC-yə ünvanladığımız informasiya sorğusuna qurumdan operativ cavab verilib. Qurumdan bildirilib ki, "İdeal" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında mənzillər üçün fərdi qaydada elektrik sayğacı quraşdırılıb və mənzil sakinlərinin adına abunə kodları açılıb.


Mənzillərdə istifadə edilən aylıq elektrik enerjisi sərfiyyatının dəyəri yalnız sakinlər tərəfindən abunə kodlarına ödənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO