Sumqayıtda vaqonları söküb satan dəmir yolu işçiləri saxlanıldı

Sumqayıtda vaqonları söküb satan dəmir yolu işçiləri saxlanıldı

Hazırda oxunan: Sumqayıtda vaqonları söküb satan dəmir yolu işçiləri saxlanıldı

59466

"Azərbaycan Dəmir Yolları"Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları oğurluq edərkən saxlanılıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şirniyyat paketlərinin içərisində siqaret keçirmək istədi, saxlanıldı


Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar. 

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO