Nərgiz Məhəmmədi aclıq elan etdi

Nərgiz Məhəmmədi aclıq elan etdi

Hazırda oxunan: Nərgiz Məhəmmədi aclıq elan etdi

594646

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Nərgiz Məhəmmədinin fonduna istinadən məlumat yayıb.

“Məhəmmədi qeyri-qanuni həbsinə və hazırda İranda çoxsaylı siyasi məhbusların dəhşətli şəraitdə saxlanılmasına etiraz olaraq bazar ertəsi aclıq aksiyasına başlayıb”, - məlumatda deyilir.

53 yaşlı Məhəmmədinin oğlu Əli Rəhmani anasının və İran rejimi tərəfindən həbs edilmiş bütün digər şəxslərin taleyi ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib.

“Ölkəmizdə baş verənlər bəşəriyyətə qarşı cinayətdir” - Rəhmani deyib.

Fonddan bildirilib ki, çoxsaylı xəstəliklərdən əziyyət çəkən N.Məhəmmədinin bundan sonra da həbsdə saxlanılması son dərəcə təhlükəli və insan hüquqları haqqında qanunların pozuntusudur.
 

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bunun 10 ilini həbsxanada çəkib. 2024-cü ilin dekabrında ona səhhətinə görə 21 günlük məzuniyyət verilib, sonra bu müddət daha altı ay uzadılıb.


Sülh üzrə Nobel mükafatı laureatının ailəsi ilə əlaqəsi də məhdudlaşdırılıb. Belə ki, Məhəmmədi sonuncu dəfə ötən il dekabrın 14-ü qardaşı ilə telefonla danışıb, bundan sonra isə ona qohumları ilə əlaqə saxlamaq qadağan edilib.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO