Masallıda məktəbdə yanğın: Şagird və müəllimlər təxliyə olundu - FOTO

Masallıda məktəbdə yanğın: Şagird və müəllimlər təxliyə olundu - FOTO

Hazırda oxunan: Masallıda məktəbdə yanğın: Şagird və müəllimlər təxliyə olundu - FOTO

594585

Masallı rayonunun Xırımdalı kənd orta məktəbində yanğın qeydə alınıb. Yanğın məktəbin otaqlarından birində başlayıb. Təhlükəsizlik məqsədilə bütün şagirdlər və müəllim heyəti dərhal məktəb binasından təxliyə olunub.

Bizim.Media xəbər verir ki, hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı məktəbin bir neçə otağına ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO