Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

Hazırda oxunan: Bu bölgəmizdə qeyri-sabit hava var – FOTO/VİDEO

594558

Artıq ikinci gündür ki, Şimal-Qərb rayonlarında hava yağıntılı və soyuq keçir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgənin əksər ərazilərində yağış yağmağa başlayıb. Heç bir fəsadı olmayan yağış bəzən sulu qar və qarla əvəzlənib. Bu müddətdə havanın temperaturu əvvəlki günə nisbətən 8-10 dərəcə enib. Nəticədə gecə saatlarında bəzi yerlərdə mənfi 1-2 dərəcə arasında dəyişib.

Səhər saatlarında isə bölgənin bir sıra avtomobil yollarında çiskinli-dumanlı hava şəraiti müşahidə olunur. Oğuz-Şəki və Şəki-Qax istiqamətində hərəkət edən avtomobillərinin sürücülərindən xahiş olunur ki, sürəh həddinə riayət etsinlər.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO