Ural Federal Universitetinin alimləri xərçəngə qarşı “gələcəyin dərmanları” hesab olunan yeni kimyəvi birləşmələr hazırlayıblar.
Bizim.Media xəbər verir ki, bu maddələr şişi birbaşa məhv etmir, lakin onun yayılmasını tam dayandıraraq hüceyrələri faktiki olaraq “dondurur”.
Alimlərin açıqlamasına görə, tədqiqat çərçivəsində əldə edilən birləşmələrin əksəriyyəti şiş hüceyrələrinin böyüməsini dayandırsa da, onların bir hissəsi sağlam hüceyrələr üçün də toksik təsir göstərib. Bununla belə, iki kimyəvi birləşmə selektiv aktivlik nümayiş etdirərək yalnız şiş hüceyrələrinə — xüsusilə sidik kisəsi xərçəngi və qlioblastoma hüceyrələrinə təsir edib.
Mütəxəssislər vurğulayırlar ki, bu yanaşma ənənəvi kimyaterapiyadan köklü şəkildə fərqlənir. Kimyaterapiya sürətlə bölünən bütün hüceyrələri hədəf aldığı üçün saç tökülməsi, ürəkbulanma və digər ağır yan təsirlərlə müşayiət olunur. Yeni maddələr isə daha dəqiq və hədəfli mexanizmlə işləyərək sağlam toxumaları minimum zədələyir.
Alimlərin ehtimalına görə, bu kəşfin ən mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, xərçəng hüceyrələri yeni maddələrə qarşı davamlılıq formalaşdıra bilməyəcək. Bu isə gələcəkdə xərçəngin xroniki və nəzarət altında saxlanılan xəstəlik kimi müalicəsinə real imkan yarada bilər. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:15 / 05.02.2026
Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı
Hazırda oxunan: Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı
Hazırda oxunan: Xərçəng müalicəsində inqilab: Şişi “donduran” dərman hazırlandı
594556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































