Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

Hazırda oxunan: Lənkərançayda suyun səviyyəsi artdı – FOTO

594486

Cənub bölgəsində intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yağıntıların dağlıq və dağətəyi ərazilərə düşməsi Lənkəran rayonu ərazisindən axan Lənkərançayda da suyun səviyyəsinin yüksəlməsinə səbəb olub, axının sürəti artıb.
 

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin İrriqasiya sahəsinin rəisi Rakif Rufiyevin sözlərinə görə, hazırda çayda suyun səviyyəsi təhlükəli həddi keçməyib, vəziyyət tam nəzarət altındadır.


Güclü yağıntıların davam edəcəyi ehtimalı nəzərə alınaraq, monitorinqlər gücləndirilmiş rejimdə davam etdirilir.


Sabutay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO