Xəbər verildiyi kimi 3 gün əvvəl Cəlilabadın Üçtəpə kəndində baş dəhşətli qətl hadisəsi baş verib. 1977-ci il təvəllüdlü kənd sakini Əli Nağıyev balta ilə qardaşı övladlarına hücum edib. Nəticədə 15 yaşlı Həqiqət Nağıyeva həyatını itirib, 14 yaşlı qardaşı isə ağır xəsarətlər alıb.
MÖVZU İLƏ BAĞLI:
Qardaşının arvadından qisas almaq istəyib... - Cəlilabadda yeniyetmələrin baltalanmasının TƏFƏRRÜATI
Bizim.Media-nın yerli bürosu əmisi tərəfindən amansızlıqla qətlə yetirilən Həqiqət Nağıyevanın dəfndən görüntülərini çəkib.
Qeyd edək ki, əmisi tərəfindən baltalanan yeniyetmə qızın anası əslən Biləsuvarın Aşağı Cürəli kəndindən olduğu üçün mərhum dayılarının istəyilə elə həmin kənddə torpağa tapşırılıb.
Məlumat üçün bildirək ki, hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev bu gün xəstəxanada dünyasını dəyişib.
Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

Sabutay Nağı, Bizim.Media, Cənub bürosu






























































































