Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

Hazırda oxunan: Bu şəxslərə güzəşt olacaq - 30 MANAT

594452

Azərbaycanda bəzi kateqoriyalardan olan şəxslərə əmlak vergisində güzəştlər edilir.

Bizin.Media “Oxu24.com”a istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 199.3-cü maddəsinə görə, bina icarəyə verilmirsə və sahibkarlıq məqsədi ilə istifadə olunmursa, 102.2-ci maddədə göstərilən şəxslərin, həmçinin pensiyaçıların, müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin ödədiyi əmlak vergisi 30 manat azaldılır:

1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;

2. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

3. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

4. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;

5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

6. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

7. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO