Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Hazırda oxunan: Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

594449

"Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

O vurğulayıb ki, imtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığına və ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə 6 zal nəzarətçisi işindən azad edilib:

“İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346, cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə 159, cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işi vərəqini səhv verdiyinə görə 14, imtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavab vərəqini və ya yazı işi vərəqini çıxarıb 10 zal nəzarətçisi işdən azad edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO