60 il əvvəlki soyuqlar GERİ QAYIDIR – “Adamboyu qar yağacaq, apreldə isə...”

60 il əvvəlki soyuqlar GERİ QAYIDIR – “Adamboyu qar yağacaq, apreldə isə...”

Hazırda oxunan: 60 il əvvəlki soyuqlar GERİ QAYIDIR – “Adamboyu qar yağacaq, apreldə isə...”

594427

Son illərdə yanvar-fevral ayı ənənəvi olaraq çox quraq keçirdi. Əvəzində isə aprel-may ayları fasiləsiz yağışlar yağırdı. Bu da təbii ki, kənd təsərrüfatı üçün əlavə problemlər yaradırdı.

Bu il deyəsən xoşagəlməz ənənəyə son qoyulub. Yanvar ayı kifayət qədər sərt keçdi. “Kiçik çillə” də öz sərt üzünü göstərməkdədir.

İnanclara görə qış sərt keçəndə yaz tez gəlir və il məhsuldar olur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev bildirib ki, nənə-babalarımızın dediklərini elm indi sübut edir:

“Bu qış əvvəlki illərə nisbətən daha rütubətli, daha sərt keçir. Ən vacibi də odur ki, dağlarımızda çoxlu qar ehtiyatı yaranıb. Amma yazın tez gələcəyi ilə bağlı bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, son illərdə İspaniyadan Cənubi Qafqaza, hətta Şimali Afrikaya qədər qış ayları quraq keçirdi.
 

Ölkəmizə 8-9 istiqamətdən hava kütləsi daxil olur. Son aylarda ölkəmizə həm Türkiyədən, həm Qərbdən, həm də şimaldan soyuq siklonlar daxil olub. Bu səbəbdən bu il yağıntılar 40-45 faiz artıb. Nəzərə alaq ki, hər 30-40 ildən bir havanın temperaturu dəyişir. Məsələn ötən əsrin 60-70-ci illərində regionlarımızda adamboyu qar yağardı.


Amma son 30 ildə biz bunu görmürük. Ehtimal edirəm ki, yaxın illərdə də qış sərt keçə, yağıntılar arta bilər. Belə olarsa, çaylarımızda sululuq artacaq. Bu vəziyyətdə Xəzər dənizinin də səviyyəsi qalxa bilər. Verilən proqnozlar da göstərir ki, yağıntılar davam edəcək. Bu da kənd təsərrüfatı üçün yaxşıdır. Amma aprel-may aylarının quraq keçəcəyini və yazın tez gələcəyini indidən söylmək çox tezdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO