Ötən gün Baş Prokurorluq “Tərtər işi” ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb. Həbs edilənlər arasında olan polkovnik Ələsgərov Vüsal Əziz oğlu da var.
Bizim.Media həmin şəxsin fotolarını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan “Tərtər işi”ndə işgəncəyə məruz qalan şəxslərə MÜRACİƏT - VİDEO
Qeyd edək ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media